📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşaya hər gün getmək mümkün olacaq – BU TARİXDƏN

2022-06-25 16:27:00

Şuşaya hər gün getmək mümkün olacaq – BU TARİXDƏN

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.  

Hurriyyet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təhlillər nəticəsində Bakı–Şuşa–Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı–Şuşa–Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər. 

Qeyd edək ki, iyunun 27-də, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayına olan biletlər satışa çıxarılacaq.