📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşaya İLK ZƏNG

2021-10-16 23:27:00

Şuşaya İLK ZƏNG

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri və Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilməsi ilə bağlı ilk zəng testi uğurla həyata keçirildi.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

İşğaldan azad edilmiş digər şəhər, rayon və kəndlərdə yurd-yuvasına qayıdacaq vətəndaşlarımızı yüksək keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etmək istiqamətində işlər sürətlə davam etdiriləcək.