📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şuşaya işləməyə gedən iki nəfər qəzaya düşdü

2024-07-08 09:56:41

Şuşaya işləməyə gedən iki nəfər qəzaya düşdü

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə zamanı minik avtomobili traktorla toqquşub.

Qəza nəticəsində minik maşınında olan 40 yaşlı O.Əliyev və 23 yaşlı B.Bayramov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edilib ki, hər iki şəxs Şuşa şəhərinə işləməyə gedirmiş.

Oxu.az