“Şuşaya səfər üçün “Xankəndi” təyyarəsi ilə uçuruq”
2022-03-18 10:44:00
Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə tviter hesabında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
“Biz BMT-nin Azərbaycanda akkreditə olunmuş nümayəndəsi ilə Şuşaya səfər etmək üçün “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına uçuruq. BMT-nin bayrağı işğaldan azad olunan Şuşada dalğanacaq”, - deyə Hacıyev qeyd edib.