📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şüurlu şəkildə o təkliflərdən imtina etdim” – “Mən azad ruhlu insanam...”

2026-04-16 16:22:40

“Şüurlu şəkildə o təkliflərdən imtina etdim” – “Mən azad ruhlu insanam...”

Aprelin 17-də Azərbaycanda operativ və özəl xəbərləri ilə tanınan “Gününsəsi.info” saytının fəaliyyətə başlamasından 10 il ötür. 

Saytın rəhbəri, tanınmış jurnalist Pərviz Həşimli “AzPolitika”ya açıqlamasında 10 illik dövrü dəyərləndirib, saytın yaranma prosesi, qarşılaşdığı çətinliklər və media mühitində baş verən dəyişikliklər barədə fikirlərini bölüşüb.

P.Həşimli bildirib ki, uzun illər media sahəsində fəaliyyət göstərməsi yeni bir media subyektinin yaradılması və onun tanıdılması ilə bağlı onda xüsusi narahatlıq yaratmayıb. Onun sözlərinə görə, “Gününsəsi”dən əvvəl də “Moderator.az” layihəsinin əsasını qoyub və həmin dövrdə ciddi təzyiqlərlə üzləşib.

Jurnalist qeyd edib ki, vaxtı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) rəhbərliyi tərəfindən ona qarşı təzyiqlər olub və nəticədə həbs edilib.

“MTN-in o dövrdəki rəhbərliyi məni həbsə atmaqla bu layihənin böyüməsinin qarşısını aldı. Düzdür, sonradan mərhum dostum Zülfüqar bəy ‘Moderator.az’a sahib çıxdı və onu çətinliklə də olsa qoruyub saxladı”, - deyə o bildirib.

P.Həşimli “Gününsəsi”nin yaranmasının və qısa zamanda populyarlıq qazanmasının isə MTN-in ləğvi və qurumun yüksək rütbəli şəxslərinin həbsi dövrünə təsadüf etdiyini vurğulayıb.