📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Svarovski” Rusiyanı tamamilə tərk edir

2023-03-09 23:03:00

“Svarovski” Rusiyanı  tamamilə tərk edir

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Avstriyanın şüşə bəzəklər istehsalında ixtisaslaşmış və  straz (qiymətli süni daş) istehsalçısı kimi məşhur olan “Svarovski” şirkəti Rusiyanı tamamilə tərk elədiyini bəyan edib.

Bu barədə məlumatı şirkətin baş direktoru Aleksis Nasard “Trend” jurnalına müsahibəsində verib. Şirkət Rusiyadakı biznesini bir il əvvəl – 2022-ci ilin martında dayandırmışdı. İndi isə mövcud sanksiyalar və ticarət məhdudiyyəti ilə əlaqədar ölkədən tamamilə getməyə hazırlaşır.

Hürr Tərcüman