📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tacikistan-Əfqanıstan sərhədində gərginlik: yaralananlar var

2023-03-11 22:13:00

Tacikistan-Əfqanıstan sərhədində gərginlik: yaralananlar var

Tacikistan-Əfqanıstan sərhədində silahlı insident olub, iki qaçaqmalçı zərərsizləşdirilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Tojikistan” dövlət televiziyası məlumat yayıb.

Belə ki, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Xatlon vilayəti üzrə departamentinin əməkdaşları sərhədçilərlə birlikdə Əfqanıstandan Tacikistana iri partiyalı narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısını alıblar.

İnsident fevralın 21-də Tacikistan-Əfqanıstan sərhədinin Farxor istiqamətində baş verib.

Beş nəfərdən ibarət transmilli cinayətkar qrup - Əfqanıstan vətəndaşları Qiyos Valadi Kurbonun rəhbərliyi altında külli miqdarda narkotik partiyasını Tacikistana keçirməyə cəhd ediblər.

Hadisə yerinə baxış zamanı 8 patronlu ov tüfəngi, 1 ədəd F-1 əl qumbarası və 70 kq həşiş aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.\\\Report