Tacikistan Mərkəzi Asiyada mühüm enerji təchizatçısı ola bilər
2023-07-07 11:34:00
“Tacikistan öz hidroenergetika imkanlarına görə Mərkəzi Asiyada mühüm təmiz enerji təchizatçısına çevrilə bilər”, deyə Dünya Bankının ekspertləri bildirir.
Onların proqnozlarına görə, Tacikistan "Roqun SES”in tikintisi başa çatdıqdan sonra elektrik enerjisi istehsalının artırılmasından xüsusilə əhəmiyyətli fayda əldə edə biləcək. Stansiyanın istehsal etdiyi enerjinin təxminən 60%-nin ixrac ediləcəyi gözlənilir ki, bu da ildə 10 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi təşkil edəcək. Dünya Bankının məlumatına görə, ötən il Tacikistanda kapital qoyuluşu 1,1 faiz artaraq ÜDM-in 12,7 faizini təşkil edib, investisiyaların dörddə biri “Roqun SES” layihəsinə yönəlib.
Ülviyyə, Hurriyyet.az