📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tacikistan Prezidenti: “Ölkələrimizdə İŞİD-in yatmış hücrələri var”

2022-01-10 15:25:00

Tacikistan Prezidenti: “Ölkələrimizdə İŞİD-in yatmış hücrələri var”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Tacikistan Prezidenti Emomali Rahmon KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Şurasının iclasında Orta Asiyada İŞİD terrorçularının yatmış hücrələrinin mövcudluğundan danışıb. 

E.Rahmon deyib: “KTMT və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı – red.) çərçivəsindəki görüşlərimizdə bizim ölkələrimizdə beynəlxalq terrorçuluq, ekstremistlik və dini radikallığın yatmış hücrələrinin olmasını dəfələrlə sizin diqqətinizə çatdırmışam. KTMT üzvü olan dövlətlərin vətəndaşları arasında onların təbliğat-təşviqat işləri bir gün belə dayanmayıb. İŞİD teror təşkilatının özəyini təşkil edən sələfilik və vəhhabilik hərəkatlarının aqressiv fəallığını xüsusi qeyd eləmək lazımdır. Biz Tacikistanda onların internet resurslardakı təbliğatı ilə var gücümüzlə, səylə mübarizə aparırırq. Bu təbliğatın terrorçu xarateri gündən-günə artır”.

Hürr Tərcüman