Tacikistan prezidentinin qızı rəsmi tədbirdə rəqs etdi - VİDEO
2026-10-07 22:37:26
Sosial mediada Tacikistan Prezidentinin qızı Ozoda Rəhmonun rəqsinə dair video yayılıb.
Görüntülər ölkənin müstəqillik qazanmasının 35 illiyinə həsr olunmuş tədbirdə qeydə alınıb.
O.Rəhmon Emoməli Rəhmonun ikinci qızı, Tacikistanda sayılıb-seçilən siyasətçilərdən biridir. O, 2016-cı ildən Prezidentin İcra Aparatının (prezident administrasiyasının) rəhbəri, eyni zamanda, Tacikistan parlamentinin yuxarı palatasında senator və komissiyanın rəhbəridir.
Bundan başqa, O.Rahmon hüquq üzrə fəlsəfə doktoru dərəcəsinə, dövlət ədliyyə müşaviri rütbəsinə və fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir./yenisabah/