📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tacikistan Rusiyaya rədd cavabı verdi

2023-06-07 13:24:00

Tacikistan Rusiyaya rədd cavabı verdi

Hurriyyet.az xəbər verir ki, “Kommersant” nəşrinin yazdığına görə, Tacikistan XİN-in İnformasiya və Mətbuat Departamentinin rəisi Şohin Səmədi ölkənin Avrasiya İqtisadi İttifaqına birləşməsinin mümkünlüyü məsələsinin hazırda Tacikistan hakimiyyətinin gündəmində olmadığını deyib.

Samadi bu açıqlamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun “Tacikistanın yaxın zamanda Avrasiya İqtisadi İttifaqına birləşməkdən gələn faydanı müəyyənləşdirəcəyi” sözlərindən sonra verib.

Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Hürr Tərcüman