📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tacikistan və Türkiyə terrora qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər

2024-05-17 09:45:23

Tacikistan və Türkiyə terrora qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər

Tacikistan və Türkiyə terrora qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Belə ki, Tacikistan və Türkiyənin baş prokurorları Düşənbədə Əməkdaşlıq Memorandumu imzalayıblar. Bu barədə Tacikistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sənəd “cinayət işlərinin istintaqının səmərəliliyini artırmaq və bütün növ cinayətlərin qarşısının alınması məqsədilə” imzalanıb. Prokurorlar memorandumu imzalamadan əvvəl rəsmi görüş keçirib, orada terrorizm və ekstremizm, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, habelə “məhbusların ekstradisiyası və axtarışda olan Tacikistan vətəndaşlarının saxlanması” məsələləri müzakirə edilib.

Ülviyyə, Hurriyyet.az