📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tacikistanda güclü zəlzələ baş verdi

2023-02-23 09:30:00

Tacikistanda güclü zəlzələ baş verdi

Tacikistanda səhər saatlarında güclü zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri dağlıq Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanjsk rayonu olub.

Tacikistanın Fövqəladə Hallar Nazirliyinin rəsmisi Umed Yusif bildirib ki, səhər 5:37-də 12 ballıq şkala üzrə zəlzələnin təkanları 3-4 bal gücündə hiss edilib.

O əlavə edib ki, tələfat və dağıntılarla bağlı müraciət daxil olmayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə açıqlayıb ki, səhər saatlarında 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Çin və Pakistanda hiss olunub.