📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tacikistanda qar uçqunları insan ölümlərinə səbəb olub

2023-02-17 19:11:00

Tacikistanda qar uçqunları insan ölümlərinə səbəb olub

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, fevralın 17-də axşam saatlarına olan məlumata görə, bir gün əvvəl Tacikistan ərazisində baş vermiş qar uçqunları nəticəsində 18 nəfər həlak olub. Bu barədə Respublikanın Fövqəladə Hallar Komitəsinin (FHK) mətbuat mərkəzinin rəhbəri Umeda Yusufi məlumat verib.

“Xoroqda qar uçqunları nəticəsində 15 nəfər ölüb, daha 2 nəfər Vanc rayonunda qar altında qalıb, Vərzob rayonunda 1 nəfər həlak olub”, - deyə o bildirib.

Hürr Tərcüman