📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tacikistanın müftisi bıçaqlandı

2024-09-12 00:28:05

Tacikistanın müftisi bıçaqlandı

Tacikistan Üləmalar Şurasının sədri Saidmukarram Abdulkodirzoda Düşənbənin mərkəzi məscidi yaxınlığında bıçaqlanıb.

Musavat.com Tacikistan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, cinayətkar saxlanılıb.

Məlumata görə, hadisə bu gün saat 17:20-də Düşənbə şəhərinin mərkəzi məscidi yaxınlığında baş verib: “Bir nəfər... namazdan sonra Tacikistan Üləmalar Şurasının sədri Səidmukərram Abdulkodirzodaya deşici alətlə xəsarət yetirib”.

Daxili İşlər Nazirliyi əlavə edib ki, Abdulkodirzoda yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.