Taekvondoçularımız Tehranda iki medal qazandı
2022-03-12 23:30:00
Asiya regionu üzrə "President Cup" beynəlxalq turnirində kişilər arasında yarışlarda iki kişi taekvondoçumız medal qazanıb.
Tehranda keçirilən G-2 kateqoriyalı turnirdə, 87 kq çəki dərəcəsində mübarizə aparan Taleh Süleymanov yarışın gümüş medalına sahib olub.
Digər təmsilçimiz, Eltac Qafarov (74 kq) isə yarımfinalda məğlub olaraq turniri bürünc medalla başa vurub. \\Qaynarinfo