Tağı Əhmədovun vəziyyəti pisləşdi
2022-06-22 15:15:00
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti pisləşib.
Hurriyyet.az-ın Demokrat.az-a istinadla əldə etdiyi məlumata görə, Tağı Əhmədovun ayaqları tutulub, yeriyə bilmir. Hazırda o, əlil arabasında gəzir.
Xatırladaq ki, Tağı Əhmədov 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.