📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var

2026-04-23 13:16:08

Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"report"un yerli bürosu xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.