📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tahir Əmiraslanov əsəbiləşib yüzlərlə kitabı yandırdı - "Heç kimə lazım deyil" - VİDEO

2022-07-06 19:38:00

Tahir Əmiraslanov əsəbiləşib yüzlərlə kitabı yandırdı -

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərdir yığdığı, kulinariyaya aid yüzlərlə kitabı yandırıb.

O kitabları yandırdığı videonu sosial şəbəkədə paylaşıb.

Kitabları yandırmasının səbəbini isə belə izah edib:

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır .

Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?".

İzləyicilər onu sakitləşdirməyə çalışıb.

Xatırladaq ki o bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış, əvəzinə Orxan Fikrətoğlu təyin edilib.

 

 

Aygün Musayeva

BakuPost