Tahir Əmiraslanov əsəbiləşib yüzlərlə kitabı yandırdı – “Heç kimə lazım deyil” – VİDEO
Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərdir yığdığı, kulinariyaya aid yüzlərlə kitabı yandırıb.
Hurriyyet.az xəbər verir ki, o, kitabları yandırdığı videonu sosial şəbəkədə paylaşıb.
Kitabları yandırmasının səbəbini isə belə izah edib:
“Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır .
Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?”.
İzləyicilər onu sakitləşdirməyə çalışıb.
Xatırladaq ki o bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış, əvəzinə Orxan Fikrətoğlu təyin edilib.