Tahir Əmiraslanov kitablarını yandırmağının səbəbindən DANIŞDI
“Mətəl qaldım nə əcəb məni axtarıb tapmısız”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov APA TV-yə müsahibəsi zamanı deyib.
Milli Kulinariya Asossiyasiyasının yenidən qurulduğunu deyən Tahir bəy çox böyük işlərin olduğunu vurğulayıb:
“Mən Prezident tərəfindən mükafat alan yeganə kulinaram. Bu çox böyük məsuliyyətdir. O ordenidə yaxama taxmağa utanıram. Mən onu doğrultmamışam”.
Tahir Aslanov kitabları niyə yandırdı? Niyə bu məsələ ilə gündəmə gəldi? kimi sualları da cavablandırıb:
“Yazdığım və paylaşdığım məqaləni oxumadan “like” etdiklərini gördüm və mesaj vermək istədim. Küsülü deyiləm. Kitabı oxumaq lazımdır, milli dəyərləri qorumalıyıq. Uşaqlar kitabları oxumadan “like” edirlər. Kitablarımın oxunmaması mənim üçün yükdür”.