📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

2023-04-26 15:39:00

Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

Əməkdar artist Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Hurriyyet.az xəbər verir ki, iddiaçı İmanov Tahir Qorxmaz oğlu meriyanı torpaq münasibətləri üzrə sair mübahisələr səbəbilə şikayət edib.

Artıq iş üzrə Bakı İnzibati Məhkəməsində hakim təyin edilib. Hakim Nəriman Abıyevin sədrliyi ilə baxılan proses ötən gün baş tutub.

Tahir İmanov məsələ ilə bağlı qaynarinfo-ya “Mənə sənətimlə bağlı suallar verin”, - deyərək, cavab verməyib./olay.az/