📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tahir İmanovla İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir

2024-01-30 17:27:14

Tahir İmanovla İcra Hakimiyyəti arasında məhkəmə çəkişməsi davam edir

Azərbaycanın Əməkdar artisti, komediya aktyoru, keçmiş “Parniz baku” KVN komandasının üzvü Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb.

Hurriyyet.az xəbər verir ki, məhkəmə iddiasının torpaq münasibətləri üzrə mübahisələrlə bağlı olduğu bildirilir.

Məlumat üçün bildirək ki, iddia Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatına verilib. Aprel ayının 24-nə şifahi məhkəmə baxışı təyin olunub.

Onu da bildirək ki, Tahir İmanov daha əvvəl eyni səbəblə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində də iddia qaldırıb.

Belə görünür ki, Bakı İnzibati Məhkəməsi Tahir İmanovun iddiasını qəbul etməyib və tanınmış aktyor bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

yeniavaz.com