📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tahir Kərimli: Heydər Əliyev istiqlala səs verən birinci şəxs olub

2024-06-14 12:04:39

Tahir Kərimli: Heydər Əliyev istiqlala səs verən birinci şəxs olub

Milli Məclisin 2024-cü il 14 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında deputat Tahir Kərimli bəzi fikirlər səsləndirib. Deputat, "Milli Azadlıq hərəkatı ilə xalq hərəkatını qarışdırmayaq. Heydər Əliyev istiqlala səs verən birinci şəxs olub. Milli lider Heydər Əliyev xalq hərəkatının banisi olub", deyə qeyd edib.

"Biz dövlətini nə olduğunu hələ yaxşı anlamırdıq. O zaman burada dedim ki, sizi and verirəm Allaha, Şuşa Laçın gedəcək, prezident seçkiləri etməyin. Bizim hakimiyyətin ciddi səhvləri olub, amma indi gəlin camaatı soyutmayaq. Mərhum Heydər Əliyev və indiki Prezidentimiz xalq hərəkatının ünvanına bir söz deyibmi? Bir kəlimə də deməyib, hakimiyyətin ünvanına deyib", deyə Tahir Kərimli fikrini səsləndirib. O eyni zamanda Qarabağ müahribəsinin qaziləri haqda da fikir səsləndirib.

"Büdcə müzakirələri olur, qazi intiharları bizi çox narahat edir, dövlətimiz onlara kifayət qədər yardım edir, amma bəziləri özlərini yiyəsiz hissi edir. Bəzi ölkələrdə veteranlarla məşğul olan xüsusi qurumlar olur. Mən də təklif edirəm ki, publik hüquqi şəxs kimi komitə ya qurum təsis edək, sahibkar oraya pul köçürsün, bu qurum birbaşa onların problemləri ilə məşğul olsun. Qazilərin adına obyekt açılan kimi onların pensiyasını kəsirlər, bir ayağı olmayana maşın verilib, gözdən əlil olana isə heç nə verilmir. Bu məsələ həll olunmalıdır", deyə Tahir Kərimli təklif irəli sürüb.

Ülviyyə, Hurriyyet.az