Tahir Kərimlinin seçkiyə getməmisinin səbəbi: - "Yorulmuşam..."
2024-07-22 12:36:04
Sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli növbədənkənar parlament seçkilərində iştirak etməməsinin səbəblərini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə qaynarinfo-ya partiyanın təşkilat məsələləri üzrə sədr müavni Fəxrəddin Ağazadə bildirib.
O, sabiq deputatın yorulduğunu bildirib:
"Tahir bəy seçkidə iştirak etməməsi ilə bağlı mövqeyini açıqladı. Dedi "yorulmuşam, istirahətə ehtiyacım var”. Biz də onun qərarına sayğı duyuruq. Seçkidə iştirak edən bütün namizədlərə uğurlar diləyirəm".