📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tailand vətəndaşı Ermənistan Prezidentini məhkəməyə verdi

2023-02-03 09:55:00

Tailand vətəndaşı Ermənistan Prezidentini məhkəməyə verdi

Tailand vətəndaşı Ermənistan Prezidenti Vaaqn Xaçaturyanı məhkəməyə verib.

Hurriyyet.az xəbər verir ki, Kaçaçat Bundi adlı şəxs Xaçaturyandan ona Ermənistan vətəndaşlığının verilməsini istəyir və buna məhkəmə yolu ilə nail olmaq qərarına gəlib. 

Bildirilir ki, Ermənistanın İnzibati məhkəməsi Prezidentlə bağlı iddianı icraata götürüb. 

Məlumata görə, Bundi 5 ildir Ermənistanda yaşayır. Ölkənin Milli Təhlükəsizlik Xidməti ölkə Prezidentinə müraciət edərək Bundiyə vətəndaşlıq verilməməsini tövsiyə edib.

qafqazinfo.az