📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taksi sürücüsü bayrağımızı təhqir etdi - Video

2022-01-12 16:09:00

Taksi sürücüsü bayrağımızı təhqir etdi - Video

Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib.

Hurriyyet.az Baku TV-yə istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.

Görüntülərdə orta yaşlı kişinin əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb.