📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban” : “Türkmənistan sərhədçiləri ilə toqquşma olmayıb”

2022-01-04 17:15:00

“Taliban” : “Türkmənistan sərhədçiləri ilə toqquşma olmayıb”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, taliblər Əfqanıstanın şimalında Türkmənistan sərhədçiləri ilə toqquşma barəsində yayılmış xəbərləri təkzib ediblər.  Bu barədə açıqlamanı Əfqanıstanın  Xarici İşlər Nazirliyinin təmsilçisi Qahar Balhi yayıb.

Bazar ertəsi günü yerli mətbuatda Əfqanıstanın şimalındakı Cauzcan vilayətində “Taliban” döyüşçüləri ilə Türkmənistan sərhədçiləri arasında toqquşma olduğu xəbəri yayılmışdı.

Balhi “Tvitter” şəbəkəsindəki açılqlamasında yazıb: “Əfqanıstan ilə Türkmənistan arasında sərhədlə bağlı fikir ayrılığı olduğu barədə xəbərlər yalandır. Bizimlə qonşumuz Türkmənistan arasında problem yoxdur və biz dost ölkələrlə bə bütün dünya dövlətləri ilə diplomatik münasibətlər qurmaq istəyirik”.

Türkmənistanın Kabuldakı səfirliyi də xəbəri təkzib edərək, Əfqanıstanla mehriban qonşuluq münasibətlərində olduğunu bəyan edib.

Hürr Tərcüman