📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban” 6 vilayət mərkəzinə və ölkənin 80 faizindən çoxuna nəzarət edir

2021-08-09 17:41:00

“Taliban” 6 vilayət mərkəzinə və ölkənin 80 faizindən çoxuna nəzarət edir

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanda “Taliban” artıq 6 vilayət mərkəzini ələ keçirib. Cənubda Helmend, şimal-şərqdə Bədəxşan, Tahar, şimalda Samanqan və qərbdə Herat vilayət mərkəzləri də “Taliban”ın şiddətli hücumlarına məruz qalıb.

“Taliban” Əfqanıstan torpaqlarının 80 faizindən çoxuna nəzarət elədiyini iddia edir.

Vaxtaşırı hərbi təyyarələr ilə Əfqanıstan ordusunu dəstəkləyən ABŞ-ın hərbi fəaliyyəti bu ayın axırında başa çatacaq.

BMT-nin məlumatına görə, “Taliban”ın hücumları zamanı son bir ay ərzindən 1000 nəfərdən artıq dinc vətəndaş həlak olub.

Əfqanıstanın Müstəqil İnsan Hüquqları Komissiyası may ayından avqusta qədər 1 milyon nəfərə yaxın əfqanın evindən didərgin düşdüyünü bəyan edib.