📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban”: “ABŞ hələ də Əfqanıstanla müharibə edir”

2021-12-27 16:45:00

“Taliban”: “ABŞ hələ də Əfqanıstanla müharibə edir”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, taliblərin nümayəndəsi Əfqanıstanın vəsaitlərinin dondurulmasını ölkənin daxili işlərinə qarışmaq və amansız davranış kimi qiymətləndirib. “Taliban” təşkilatı ABŞ-ın siyasi və iqtisadi müstəvidə hələ də Əfqanıstana qarşı müharibəni davam etdirdiyini bildirib.

Taliblərin müvəqqəti hökumətinin Xarici İşlər nazirinin müavini Şir Məhəmməd Abbas Stanikzayın sözlərinə görə, ABŞ Əfqanıstanda hərbi cəhətdən məğlubiyyətə uğrasa da, hələ də siyasi və istisadi cəbhədə savaşmağa davam edir. O, Vaşinqtonun Əfqanıstanın daxili işlərinə qarışmamalı olduğunu bəyan edərək sözünə davam edib: “ABŞ Əfqanıstana 2001-ci il gündüz müdaxilə eləmişdi, amma bu ölkədən gecəyarısı qaçdı”.

Talibanın təmsilçisi Əfqanıstanın vəsaitlərinin dondurulmasını amansız addım adlandırıb və ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib. O söyləyib ki, dünyanın Əfqanıstana göstərdiyi humanitar yardım kifayət deyil, hazırda göndərilən yardım mövcud problemlərin 1 faizini belə həll eləmir.  Stanikzay indiki ağır məqamda ticarətin dayanmamasını təmin eləmək üçün qonşu dövlətləri Əfqanıstanla sərhədlərini açıq saxlamağa çağırıb, həmçinin əfqanlara viza verilməsi prosesinin yüngülləşdirilməsini xahiş edib. Hərəkatın nümayəndəsi qeyd edib: “Biz bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq. Lakin dünya və xüsusilə də ABŞ dövləti Əfqanıstanda müstəqil hökumət qurulmasını istəmir və buna görə də onlar taliblərlə kompromissə getmək istəmirlər”.

Hürr Tərcüman