📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taliban Əfqanıstanda İranın “İmam Xomeyni İmdad Komitəsi”nin ofislərini bağladı

2023-08-04 10:48:00

Taliban Əfqanıstanda İranın “İmam Xomeyni İmdad Komitəsi”nin ofislərini bağladı

Taliban Əfqanıstanda İranın “İmam Xomeyni İmdad Komitəsi”nin ofislərini bağladı. Belə ki, “Jamaran” saytının verdiyi məlumata görə, “İmam Xomeyni İmdad Komitəsi” Təşkilatının bütün ofislərinin fəaliyyəti dayandırılıb.

Məluamta görə, Taliban qüvvələrinin əmri ilə təşkilatın Kabil, Məzari-Şərif və Heratdakı ofisləri qapadılıb.

Qeyd olunur ki, təşkilatın Kabilbəki ofisinin fəaliyyəti təqribən 1 ay öncə, Məzari-Şərif və Heratdakı ofislərinin fəaliyyətinə isə iyulun 31-də son qoyulub.

Qeyd edək ki, Taliban rəhbərliyi İranın humanitar təşkilatın fəaliyyətinə qoyulan qadağanın səbəbləri barədə məlumat verməyib.

Ülviyyə, Hurriyyet.az