📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Taliban" Əfqanıstanın iki əyalətini ələ keçirdiyini açıqlayıb

2021-08-07 16:32:00

“Taliban” qruplaşması Əfqanıstanın cənub-qərbində yerləşən Nimruz və şimalındakı Cauzcan əyalətlərinə nəzarəti ələ keçirdiyini elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə avqustun 7-də qruplaşmanın tviter səhifəsində məlumat yayılıb.

Qruplaşma Cauzcanın mərkəzi Şiberqan şəhərində yerləşdiklərini bildirib. Bir gün əvvəl Əfqanıstanın Müdafiə Nazirliyi Şiberqanın “Taliban”dan təmizləndiyini açıqlamışdı.

Qeyd edək ki, Əfqanıstanın 34-də əyaləti var.