“Taliban”: “Əhməd Məsud Tacikistana qaçdı”
2021-09-04 13:22:00
Hurriyyet.az “Yeni akit” nəşrinə istinadən xəbər verir ki, Əfqanıstanda “Taliban” hökumətinə qarşı müqavimətin rəmzi hesab edilən Pəncşir vilayəti taliblərin nəzarətinə keçəndən sonra qiyamçıların lideri hesab edilən Əhməd Məsudun Tacikistana qaçdığı iddia edilir.
Kabuldan 150 km şimal-şərqdə yerləşən Pəncşir vilayətinə nəzarətin ələ keçirilməsi ilə Taliban Əfqanıstan ərazisinə tam hakim oldu. “Taliban” üzvləri qələbəni havaya atəş açaraq qeyd ediblər.
“Taliban” mənbələri Əhməd Şah Məsudun oğlu Əhməd Mənsurun Tacikistana qaçdığını iddia edirlər.
Əhalisinin əksəriyyəti taciklər olan Pəncşir vilayətinin əhalisinin sayı 150 min nəfərə yaxındır.