📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taliban Əhməd Məsudun təklifini rədd etdi

2021-09-06 09:12:00

Taliban Əhməd Məsudun təklifini rədd etdi

Taliban Pəncşirdəki Müqavimət Hərəkatının lideri Əhməd Məsudun danışıqlarla bağlı təklifini rədd edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Taliban nümayəndəsi Məhəmməd Naim deyib.

O bildirib ki, vilayətin bütün 7 rayonu ələ keçirilib və Pəncşir üzərində hakimiyyətin tam bərqərar edilməsi yaxındır:

“Bizim sülh təklifimizi rədd etdikdən sonra danışıqlar üçün mövzu qalmayıb”.

Qeyd edək ki, Ə.Məsud Taliban rəhbərliyi ilə danışıqlara hazır olduğunu bəyan etmişdi.