📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban” ekoloji terrora qarşı silahlı qüvvələr yaradır

2021-12-06 14:00:00

“Taliban” ekoloji terrora qarşı silahlı qüvvələr yaradır

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, taliblər meşələri məhv olmaqdan qorumaq üçün hərbi bölmələr yaradırlar.

Əfqanıstanın “Tolo Nyus” (Tolo News) kanalı bu xəbəri ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən verib. Meşələrin baltalanmaqdan qorunması üçün xüsusi hərbi hissələr – “yaşıl bölmələr” yaradılacaq. Kənd Təsərrüfatı nazirinin müavinin sözlərinə görə, bu barədə qərarı ölkənin Nazirlər Kabineti verib. Hərbi hissələrin yaradılması işi ilə Daxili İşlər Nazirliyi məşğul olacaq.

“Taliban” hökumətinin Kənd Təsərrütafı nazirinin təbii ehtiyatlar və suvarma məsələləri üzrə müavini Şəmsəddin Şəriəti qeyd edib ki, dövlət rəhbərliyi təkcə püstə ağaclarının yox, ölkə ərazisindəki bütün meşələrin doğranılmasının qarşısını almaq niyyətindədir.

Hürr Tərcüman