“Taliban” hakimiyyəti yeni pasportlar verir
2021-10-07 16:15:00
Hurriyyet.az xəbər verir ki, Əfqanıstanda hakimiyyətə gələn “Taliban” təşkilatı ölkədə yeni pasportların verilməsini qərara alıb. Ölkədə vətəndaşlara pasportların verilməsi 15 avqust tarixində dayandırılmışdı.
Müvəqqəti hökumətin Daxili İşlər Nazirliyinin Baş Pasport İdarəsinin direktoru Aləm Gül Haqqani ilkin mərhələdə 25 min yeni pasportun hazırlanacağını söyləyib.
Hakkani Baş Pasport İdarəsində işləyən qadın əməkdaşların işlərinə geri çağrıldığını qeyd edib.
Yeni pasportlarda dövlətin adı “Əfqanıstan İslam Respublikası” kimi yazılıb.
Hürr Tərcüman