📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taliban hökumətindən Rəisiyə və XİN-ə kəskin cavab...

2023-05-19 17:39:00

Taliban hökumətindən Rəisiyə və XİN-ə kəskin cavab...

Taliban hökumətindən İran prezidenti və XİN başçısının bəyanatlarına kəskin  cavab verilib. Cavabda deyilib ki, kifayət qədər su yoxdur və yersiz bəyanatlar "zərərlidir".
Taliban baş nazirliyinin bəyanatında Nimruz əyalətindəki Kamal Xan bəndinin susuz olduğu və Kəcəki bəndindən suyun buraxılacağı təqdirdə İrana çatmayacağı bildirilib.
Taliban hökumətinin rəsmi cavabında deyilir:
"İran rəsmiləri əvvəlcə Helmənd/Hirmənd çayının suyu ilə bağlı ətraflı məlumat toplamalı, sonra isə tələblərini uyğun sözlərlə bildirməlidirlər. Faktlar düzgün öyrənilməsə və bu cür bəyanatlar verilərsə, bu, iki müsəlman ölkə və xalqları arasındakı siyasi atmosferə xələl gətirə bilər ki, bu da heç bir tərəfin marağında deyil və təkrarlanmamalıdır”.

Ülviyyə, Hurriyyet.az