📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

 Taliban İrandan gələn yanacaq tankerlərini geri qaytarıb

2023-05-25 17:08:00

 Taliban İrandan gələn yanacaq tankerlərini geri qaytarıb

Taliban hökuməti keyfiyyətsiz olduğu üçün 36 tanker İran benzinini geri qaytarıb. Bu barədə Əfqanıstanın "Herat News" xəbər agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Əfqanıstan hökumətinin Milli Standartlar İdarəsi İrandan ixrac edilən 36 tanker benzinin standartlara cavab vermədiyini bildirib.
Qeyd edək ki, bir müddət öncə də Taliban hökuməti daha 9 tanker keyfiyyətsiz İran benzinini geri qaytarmışdı.

Ülviyyə, Hurriyyet.az