“Taliban” Konstitusiyanı dəyişəcək
2021-08-20 17:53:00
Hurriyyet.az TASS informasiya agentliyinə xəbər verir ki, Əfqanıstanda hakimiyyətə gəlmiş “Taliban” təşkilatı ölkənin Konstitusiyasını dəyişməyi qərara alıb. Bu barədə açıqlamanı taliblərin Qətərdəki siyasi nümayəndəsi Məhəmməd Süheyl Şahin verib.
Onun sözlərinə görə, bu addımı ölkədə ümumi seçkilərin keçirilməsindən əvvəl atacaqlar: “Seçkiləri keçirməzdən əvvəl hələ çox iş görməliyik. O cümlədən, yeni Konstitsiya qəbul eləməliyik. İndiki Konstitusiya mövcud şəraitə uyğun gəlmir”.