📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taliban lideri: İnsanların qoyduğu qanunlardan imtina edin...

2022-07-29 00:32:00

Taliban lideri: İnsanların qoyduğu qanunlardan imtina edin...

23Taliban bildirib ki, onların lideri qruplaşmanın qubernatorlarına şəriət qanunlarına əməl etməyi və insan əli ilə tətbiq edilən muasir qanunlardan əl çəkməyi əmr edib.

Hurriyyet.az bu barədə BBC-nin fars bölməsinə istinadən xabər verir.

Taliban hökumətinin baş sözçüsü Zəbihullah Mücahid xəbər bülleteni dərc edərək bildirib ki, bu sözləri Taliban lideri Molla Hebətullah Axundzadə Qəndəhar qubernatorlarının iclasında çıxışı zamanı deyib.

Xəbər bülletenində o da bildirilir ki, Taliban lideri tabeliyində olan şəxslərə onun hökumətində qərarların xalqın istək və zövqünə uyğun verilmədiyini və Talibanın öz liderinin qərarına - ki sırf şəriət qanunlarıdır - qarşı çıxmamalı olduğunu deyib. 

Qeyd edilir ki, son zamanlar insan haqları təşkilatları bu ölkədə insan haqlarının, xüsusilə dini və etniki azlıqların, qadınların və xəzər şiələrinin hüquqlarının geniş şəkildə pozulmasından narahat olduqlarını bildiriblər.