📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban” müxalifətçiləri Əfqanıstana qayıtmağa çağırdı

2021-11-29 16:15:00

“Taliban” müxalifətçiləri Əfqanıstana qayıtmağa çağırdı

 

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Əfqanıstana rəhbərlik edən “Taliban” təşkilatı ölkəni tərk edən müxalif qüvvələri geri qayıtmağa çağırıb.

Müvəqqəti hökumətin Xarici İşlər nazirinin müavini  Məhəmməd Abbad Stanikzey nazirlikdəki çıxışı zamanı “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra xaricə getmiş müxalifətçilərin və keçmiş hökumət üzvlərinin ölkələrinə qayıtmasını istədiklərini bildirib. Onların ölkəyə dönəcəyi təqdirdə yüksək vəzifəyə təyin olunmağı gözləməməli olduqlarını qeyd edən Stanikzey, müxalifətçilərin və keçmiş hökumət üzvlərinin gəlib Əfqanıstanda yaşamalarını istədiklərini söyləyib: “Ölkəmizi birlikdə yenidən inşa etmənin və problemlərin öhdəsindən gəlməsinin bir yolunu tapmalıyıq”.

Stankzey həmin adaların keçmişdə etdikləri hər şeyin keçmişdə qaldığını, onların vətəndə yaşamalarına heç kimin mane olmayacağını, Əfqanıstanın bütün əfqanların ortaq ölkəsi olduğunu söyləyib.

Əfqanıstanın beynəlxalq ictimaiyyətin bir parçası olduğunu deyən Stanikzey qeyd edib: “Paytaxt Kabul şəhərində bağlanmış xarici ölkə səfirliklərinin yenidən açılması və dünya ilə münasibətlərin yenidən qurulması üçün əlimizdən gələn hər şeyi edirik”.

15 avqust tarixində “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra müxalifətçi liderlər və keçmiş hökumət işçilərinin çoxu ölkəni tərk eləmişdilər.

Hürr Tərcüman