📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban”: “Oğrunun əli kəsiləcək”

2021-09-24 12:29:00

“Taliban”: “Oğrunun əli kəsiləcək”

 

Hurriyyet.az xəbər verir ki, “Taliban” hakimiyyətində islam hüququnun tətbiqi məsələləri üzrə məsul olan Molla Nurəddin Turabi Amerikanın “Assoşieyted Press ölkəni şəriət qaydaları əsasında idarə edəcəklərini bildirib.  Turabi deyib: “Heç kim bizə qanunlarımızın necə olacağını söyləyə bilməz. İslama tabe olacağıq və qanunlarımızı Qurana uyğunlaşıracağıq”. 

“Qardian” nəşri yazır ki, yeni əfqan hökumətinin həbsxana naziri Nurəddin Turabi edam və oğruların əlinin kəsilməsi cəzalarının yenidən tətbiq ediləcəyini, lakin bu cəzalandırmaların əvvəlki kimi hamının gözü qarşısında edilməyəcəyini bildirib: “Hamı bizi cəzalandırmanı stadionda keçirməyə görə tənqid edirdi. Amma biz heç vaxt onların öz qanunlarından və cəzalarından danışmamışıq. Heç kim bizə qanunlarımızın necə olacağını söyləyə bilməz. İslama tabe olacağıq və qanunlarımızı Qurana uyğunlaşıracağıq”.

Molla Turabi əhalinin televiziya, telefon kimi kütləvi rabitə vasitələrindən istifadə etməsinin qadağan edilməyəcəyini,insanların musiqi dinləyib video çəkə biləcəklərini bildirib.