📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taliban ölkəni tərk edən müəllimləri geri çağırır

2022-02-11 14:04:00

Taliban ölkəni tərk edən müəllimləri geri çağırır

Taliban hökuməti ölkəni tərk etmiş universitet müəllimlərini geri qayıtmağa çağırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Əfqanıstan Ali Təhsil Nazirliyi məlumat yayıb.

"Əfqanıstan bütün etnik qrupların ümumi evidir və biz onların inkişafına cavabdehik. Rifahın olmadığı bir şəraitdə ölkənin təhsil sistemi yarımçıq qalıb. Bununla əlaqədar olaraq, Ali Təhsil Nazirliyi ölkəni tərk etmiş bütün professorları evə qayıtmağa çağırır”, - məlumatda qeyd olunub.