Taliban Özbəkistan və Tacikistan ilə sərhədə minlərlə döyüşçü göndərdi
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı Tacikistan ilə Özbəkistan sərhədinə 10 min nəfərə qədər silahlı döyüşçü yerləşdirib.
Taliblərin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kari Fəsihuddin Fitrət “Tvitter” səhifəsində yazıb: “ABŞ və NATO-nun ən müasir texniki sistemi ilə silahlanmış, ölkənin şimal və şimal-şərq rayonlarına yerləşdirilmiş 10 min nəfərlik güclü ordu istənilən silahlı addıma qarşı tədbir görə bilər”.
O, hərbi təyyarələrin də ən qısa zamanda hazır vəziyyətə gətirilərək həmin böyük gücü dəstəkləyəcəyini qeyd edib.
Döyüşçülər Əfqanıstanın Bəlx (Özbəkistanla həmsərhəd), Gündüz, Tahar və Bədəxşan (Tacikistanla həmsərhəd) vilayətlərində yerləşdirilib.
Hürr Tərcüman