📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban” terrorçulara pasport verir – Əfqanıstan səfiri

2021-12-30 20:09:00

“Taliban” terrorçulara pasport verir – Əfqanıstan səfiri

Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Aqbar “Taliban”ın “Əl-Qaidə” və İslam Dövləti üzvlərinə pasportlar verdiyini deyib.

Bu barədə “Sputnik” xəbər verir ki, diplomat bunu dünyada terrorçuları və terrorizmi leqallaşdırmaq üçün “qırmızı siqnal” adlandırıb. “Taliban”ı heç kimin tanımadığını vurğulayan Əfqanıstanın Tacikistandakı səfiri əlavə edib ki, bu yaxınlarda Pakistanda İslam ölkələrinin konfransında danışıqlar masasına belə oturmadılar və bayraq “Taliban”ın deyil, İslam Respublikasının bayrağı idi. “Taliban” rəhbərliyi Dubay, Qətər və Pakistanda olan ailələrini hələ də Əfqanıstana qaytarmayıb: “Onlar bir neçə aydır ki, hərbçilərinə maaş vermirlər. “Taliban” arasında fikir ayrılıqları yaranıb və qadınlar demək olar ki, hər gün bu rejimə qarşı etiraz aksiyaları keçirir”. \\Azpolitika.az