Taliban: Yalandır, Türkiyə ilə razılığa gəlməmişik
2021-12-27 14:09:00
Kabil Beynəlxalq Hava Limanı və ölkədəki daha 4 hava limanının fəaliyyəti ilə bağlı Türkiyə və Qətərlə razılığın əldə olunduğu xəbəri həqiqəti əks etdirmir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Taliban rəhbərliyi məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə Əfqanıstanın Türkiyə və Qətərlə hava limanlarının fəaliyyəti ilə bağlı ilkin razılığa gəldiyi bildirilmişdi.