📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban”a qarşı partizan müharibəsinin başlandığı elan edildi

2021-11-10 15:47:00

“Taliban”a qarşı partizan müharibəsinin başlandığı elan edildi

 

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, taliblərin əleyhdarları Əfqanıstanda partizan müharibəsinin başlandığını elan ediblər. Ölkənin şərqində yerləşən Laqman vilayətindəki bir qrup silahlı adam “Taliban”a qarşı hərəkatın başlandığını bildirib. Sosial şəbəkələrdə yayılmış, Milli Müqavimət Cəbhəsini (MMC) dəstəkləyən videomüraciətdə həmin silahlı qrupun Əhməd Məsudun başçılıq elədiyi MMC-ni dəstəklədiyi deyilir: “Ölkədə ədaləti təmin eləmək və işğala son qoymaq üçün mücahidlər və azadlıq uğrunda mübarizlər Laqman vilayətində döyüşlərə və partizan hərəkatına başlayıblar”. 

Bundan bir qədər əvvəl isə Kabul vilayətindəki bir silahlı qruplaşma MMC-ni dəstəklədiyini bəyan eləmişdi.

Hürr Tərcüman