📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban”dan gözlənilməz addım

2021-09-10 17:56:00

“Taliban”dan gözlənilməz addım

Hurriyyet.az xəbər verir ki, Əfqanıstanda yeni hökumətin qurulmasından sonra “Taliban” təşkilatının üzvləri küçələrə çıxıb şəhərləri təmizləməyə başlayıblar. Müharibə nəticəsində zərər çəkən infrastruktur yavaş-yavaş təmir edilməyə başlayıb.

“Taliban” üzvləri “Taliban” üzvləri iqtisadi çatışmazlıqlar səbəbindən təmin eləməsi mümkün olmayan təməl xidmətləri könüllü şəkildə icra edilməyə başlayıblar.

“Taliban”ın təmsilçilərindən olan Süheyl Şahin “Taliban”ın infrastruktur işlərinə başladığını videomüraciətlə xəbər verib: “Yurddaşlarım, Əfqanıstanı xilas eləmək üçün qanımızı axıdırdıq, indi də Əfqanıstanı yenidən inşa eləmək üçün tər tökək”.

Kabulda bələdiyyə başçısı abadlıq işlərində iştirak edib, “Taliban”ın əsas mərkəzi olan Qəndəhardan da təsvirlər görünüb. Qəndəhar bələdiyyəsinin başçılığı ilə 16 rayon bələdiyyə başçısı, köməkçiləri, jurnalistlər abadlıq işlərində iştirak ediblər. Məmurlar əllərinə aldıqları süpürgələrlə hər tərəfi təmizləyiblər.