📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taliban”ın “Moskva formatı”nda iştirakını gözləyirik” – Rusiya qadağan elədiyi təşkilatı ölkəyə dəvət elədi

2021-10-12 16:25:00

“Taliban”ın “Moskva formatı”nda iştirakını gözləyirik” – Rusiya qadağan elədiyi təşkilatı ölkəyə dəvət elədi

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov oktyabrın 20-də keçiriləcək “Moskva formatı”nda görüşlə bağlı taliblərin cavabını gözlədiyini bəyan edib.

Bundan əvvəl RF Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov bildirmişdi ki, Rusiya dövləti “Taliban” (Rusiyada terror təşkilatı kimi qadağan edilib) təşkilatını 20 oktyabr tarixində keçiriləcək “Moskva formatı”nda görüşə dəvət edib.

Lavrov deyib: “Moskva formatında görüş 20 oktyabr tarixinə təyin edilib. Hazırlıq işləri gedir. Hazırda görüşə dəvət edilənlərdən cavablar alırıq. Taliblərin də cavabını gözləyirik. Ümidvaram ki, onlar bu tədbirin əhəmiyyətini dərk edirlər”.

Hürr Tərcüman