📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Talibanla danışırsınız, bəs, Lukaşenko? - Putin

2021-09-10 09:13:00

Talibanla danışırsınız, bəs, Lukaşenko? - Putin

Avropa ölkələrinə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə dialoqa getməyi tövsiyə edirəm.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Hamı Talibanla danışmaq istəyir, hərçənd o, BMT-nin terrorçu siyahısına daxildir. Deyirlər ki, Taliban Əfqanıstanı idarə edir, onunla danışmaq gərəkdir. Lakin Prezident Aleksandr Lukaşenko silahlı yolla deyil, seçkilərlə hakimiyyətə gəlib. Nəticəni kimlərsə bəyənir, kimlərsə bəyənmir. Bu, başqa mövzudur. Belarus hakimiyyəti ilə danışın - bizimlə nə barədə danışırısınızsa, o haqda... Rusiyanın bununla heç bir əlaqəsi yoxdur”, - deyə Putin bildirib.